
Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə fransalı
həmkarı Jan-Noel Barro ilə danışıqlar aparmaq üçün Parisə səfər
edəcək.
Trend xəbər verir
ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai
açıqlayıb.
Səfərin fransalı nazirin dəvəti ilə baş tutacağı bildirilib.
Gündəmdə yalnız ikitərəfli münasibətlər, o cümlədən məhbus
mübadiləsi məsələləri olacaq.

