
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəni
maliyyələşdirməyi dayandırıb, lakin Vaşinqton NATO üzv ölkələrinə
silah göndərməyə davam edir.
Trend xəbər verir
ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a
müsahibəsində bildirib.
O qeyd edib ki, ABŞ hələ də NATO-ya əhəmiyyətli miqdarda silah
göndərir və satır, lakin bunu əbədi etmək mümkün deyil. Livitt
əlavə edib ki, Prezident Tramp müharibənin tezliklə bitməsini
istəyir.
Ağ Ev rəsmisi bildirib ki, Tramp nikbin və ümidlidir və
Ukraynada müharibəyə son qoymaq üçün tezliklə razılıq əldə
olunacağını gözləyir. Cenevrə danışıqlarından sonra
razılaşdırılmalı yalnız bir neçə məqam qalıb.

