
Bakı. Trend:
Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs əyalətinin
sakinlərinə qarşı baş vermiş son hücumlarda iştirak etməkdə şübhəli
bilinən təxminən 120 nəfəri saxlayıb.
Trend xəbər verir
ki, bu barədə Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Nurəddin əl-Baba məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin mülki əhaliyə qarşı
hücumlarda iştirak etdikləri ehtimal olunur və araşdırmalar davam
etdirilir.

