
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp köməkçilərinə Venesuela Prezidenti
Nikolas Maduro ilə telefon danışığı aparmaq niyyətində olduğunu
bildirib.
Trend xəbər verir
ki, bunu Ağ Evdəki mənbələrə istinadən “Axios” portalı yazıb.
Məlumata görə, Trampın Maduro ilə birbaşa danışmaq planı hələ də
müzakirə mərhələsindədir və zəngin dəqiq tarixi
müəyyənləşməyib.
Mənbə bildirir ki, Trampın komandası onun Venesuela liderinə
hansı mesajı verəcəyini dəqiq bilmir və “bütün variantlar masada
qalır”.

