
Bakı. Trend:
FIFA və Səudiyyə İnkişaf Fondu (SFD) inkişaf etməkdə olan
ölkələrdə stadionların və əlaqəli infrastrukturların tikintisi və
yenilənməsi üçün bir milyard dollara qədər güzəştli kreditlərin
ayrılmasını nəzərdə tutan saziş imzalayıblar.
Trend-in verdiyi
məlumata görə, FIFA prezidenti Canni İnfantino bu təşəbbüsün qlobal
futbolun inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, bir çox futbol assosiasiyası yarışların
təşkili üçün zəruri olan infrastrukturun modernləşdirilməsinə əlavə
dəstəyə ehtiyac duyur: “Bu saziş assosiasiyalarımızın futbolun
həqiqətən qloballaşması üçün tələb olunan şəraitlə təmin edilməsinə
yönələn vacib addımdır”.
Proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə infrastruktur
layihələrini dəstəkləmək, yeni imkanlar yaratmaq və bütün
səviyyələrdə idmanda iştirakın genişlənməsinə töhfə verməkdir.

