Kiyevə hava hücumu –  Xəsarət alanlar var

Baş səhifə

Noyabrın 25-nə keçən gecədən Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu nəticəsində azı 4 nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Hava hücumu nəticəsində 9 nəfər xilas edilib. Yaşayış binaları və mülki infrastruktura ziyan dəyib.

“Peçerski rayonunda 22 mərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələri dağılıb. Xilasedicilər 5-ci mərtəbədəki yanğını söndürüblər. Bir nəfər xilas edilib. Dağıntılar təmizlənir”, – deyə məlumatda bildirilir.

Eyni zamanda Dneprovsk rayonunda doqquzmərtəbəli yaşayış binasında dağıntı qeydə alınıb. Binanın 6-cı və 7-ci mərtəbələrdə yanğınla nəticələnib. Ümumilikdə 8 nəfəri xilas etmək mümkün olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir