
Bakı. Trend:
Rumıniya hakimiyyəti 17 milyon müddəti başa çatmış koronavirus
peyvəndini məhv edib.
Trend xəbər verir
ki, bu barədə “G4Media” məlumat yayıb.
Bildirilir ki, pandemiya dövründən bəri ölkədə peyvəndlərə
ictimai maraq çox aşağı səviyyədə olub və hazırda Rumıniyada COVID
əleyhinə peyvənd əldə etmək mümkün deyil.
Səhiyyə Nazirliyi peyvənd istehsalçıları ilə danışıqlar
apardığını, o cümlədən qeydiyyat şəhadətnaməsinin alınması və
dərmanların apteklər vasitəsilə satışına dair növbəti addımların
müəyyən edildiyini açıqlayıb.

