
Bakı. Trend:
Nyu-York Ticarət Birjasının tərkibinə daxil olan Comex
birjasında 2025-ci ilin dekabrında çatdırılma üçün qızıl
fyuçerslərinin qiyməti 14 noyabr 2025-ci ildən bəri ilk dəfə bir
troya unsiyası üçün 4150 dollardan yuxarı qalxıb.
Trend-in ticarət
platformasının məlumatlarına əsasən, daha sonra qızılın qiyməti bir
unsiya üçün 4141 dollara enib ki, bu da əvvəlki göstəricidən 1,12
faiz çoxdur.

