
Bakı. Trend:
Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata
alınması üçün tələb olunan investisiyanın minimal həddi
müəyyənləşib.
Trend-in
məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun
Məmmədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu hədd ərizəçi tərəfindən aqroparkın rezidenti
kimi qeydiyyata alınmaq üçün təqdim edilən investisiya layihəsinin
(biznes planın) qiymətləndirilməsi ilə bağlı aqroparkda qoyulacaq
investisiyanın həcminin minimal həddini müəyyən edəcək.
Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi
qeydiyyata alınmaq üçün tələb olunan investisiyanın minimal
həddi:
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə:
- birillik əkinlər və yem bitkiləri, o cümlədən tərəvəzçilik
təsərrüfatı üçün – hər hektara görə 5000 (beş min)
manat; - tingçilik təsərrüfatı – hər hektara görə 140 000 (yüz
qırx min) manat; - çoxillik əkmələr (o cümlədən sosial bağçılıq) üçün – hər
hektara görə 15 000 (on beş min) manat; - örtülü sahələr (istixanalar) üçün – hər hektara görə
900 000 (doqquz yüz min) manat; - innovativ bitkiçilik üçün – hər hektara görə 100 000
(yüz min) manat. - südlük istiqamətli müasir iribuynuzl u heyvandarlıq kompleksi
üçün – 4 000 000 (dörd milyon) manat; - ətlik istiqamətli müasir iribuynuzlu heyvandarlıq kompleksi
üçün – 3 000 000 (üç milyon) manat; - müasir xırdabuynuzlu heyvandarlıq kompleksi üçün – 2
000 000 (iki milyon) manat; - müasir quşçuluq təsərrüfatı üçün 2 500 000 (iki milyon
beş yüz min) manat; - müasir balıqyetişdirmə təsərrüfatı üçün 500 000 (beş
yüz min) manat.
Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və
xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması,
çeşidlənməsi və satışı üçün – dövlət aqroparkına münasibətdə
300 000 (üç yüz min) manat, özəl aqroparka
münasibətdə 5 000 000 (beş milyon) manat.
Hüquqi və fiziki şəxslərin aqroparkın rezidenti kimi qeydiyyata
alınmaq üçün təqdim etdikləri investisiya layihəsi (biznes plan)
üzrə aqroparkda qoyulacaq investisiyanın həcmi müvafiq istiqamətlər
üzrə müəyyən edilmiş minimal həddə uyğun olmalıdır.
Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul
edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib, noyabrın 21-də qüvvəyə minib.

