“Real”la adı hallanan türk futbolçunun tələbi bilindi

Baş səhifə

“Yuventus” rəhbərliyi ilə Kenan Yıldızla arasında yeni müqavilə ilə bağlı danışıqlarda razılıq əldə edilməyib.

Metbuat.az xəbər verir ki, adı “Real Madrid”lə hallanan Yıldızın hazırkı müqaviləsi ona ildə təxminən 1,5 milyon avro qazandırır. Xəbərdə deyilir ki, bu məbləğ Avropanın elit gənc istedadlarının maaşlarından xeyli aşağıdır. “Calciomercato”nun məlumatına görə, futbolçunun agenti 5-6 milyon avro aralığında maaş artımı tələb edir. Lakin “Yuventus” bu tələbi yüksək hesab edir. Yeni baş direktor Damien Komolli ilə Yıldızın nümayəndələri arasında razılıq əldə edilməyib.

Qeyd edək ki, “Real Madrid”in Kenan Yıldızın xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi. Futbolçunun “Yuventus”la müqaviləsi 2029-cu ildə yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir