
Bakı.Trend:
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ən yüksək səmərəlilik
naminə yataqların işlənməsi üzrə yanaşmaları yenidən nəzərdən
keçirməyə hazırdır.
Trend xəbər verir
ki, bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakıda kçeirilən
SPE Xəzər Texniki Konfransında deyib.
“Əsas meyar mövcud aktivlərdən maksimal effektiv istifadə etməyə
imkan verən texniki həllər olaraq qalır. Mövcud yataqlarla işlə
yanaşı, SOCAR yeni layihələrə və artıq olan yataqların təkrar
işlənməsinə də diqqət ayırır”, – deyə o bildirib.
Buna misal kimi B.Hüseynov “Bahar” yatağını göstərib. Onun
sözlərinə görə, bu yataqda çıxarılma əmsalı 10 faizdən aşağı idi və
çoxları onu tükənmiş hesab edirdi. Lakin SOCAR komandası burada
əhəmiyyətli potensial müəyyən edib və layihənin inkişafını davam
etdirir.
“Geoloji kəşfiyyat ehtiyatların artırılması üçün vacib alət
olaraq qalır və SOCAR komandası bu vəzifənin öhdəsindən uğurla
gəlir. Bu isə uzunmüddətli hasilat və inkişaf balansını təmin
etməyə imkan verəcək”, – deyə o əlavə edib.

