Azərbaycan və Moldova məxfi məlumatların mübadiləsini aparacaq

Baş səhifə

Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi aparılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir