Azərbaycan və Moldova məxfi məlumatların mübadiləsini həyata keçirəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Moldova arasında məxfi məlumatların mübadiləsi və
qarşılıqlı mühafizəsi həyata keçiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Moldova
Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və
qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində bildirilib ki, 2025-ci il 19 sentyabr
tarixində Bakı şəhərində imzalanan bu Saziş Azərbaycan Respublikası
Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi
məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi sahəsində
əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.

Sazişin məqsədi tərəflər arasında ötürülən məxfi məlumatların
qorunması, onların məxfiliyinin, bütövlüyünün və təhlükəsizliyinin
təmin edilməsidir.




Sazişə əsasən, tərəflər məxfi məlumatların qorunması üzrə
qarşılıqlı öhdəliklər götürür, bu məlumatlardan yalnız təqdim
olunduğu məqsədlər üçün istifadə etməyi və göndərən tərəfin yazılı
razılığı olmadan üçüncü tərəflərə verməməyi öhdələrinə
götürəcəklər.

Saziş qeyri-müəyyən müddətə bağlanır.

Qanun layihəsi səsverməyə qoyularaq bir
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir