Masallı və Cəlilabadın bəzi kəndlərində qaz olmayacaq

Baş səhifə

Bakı.Trend:

Masallı rayonunun Əhmədli kəndində yerləşən tam orta məktəbin
təbii qazla təmin edilməsi üçün çəkilmiş yeni qaz xəttinin mövcud
polietilen xəttə birləşdirilməsi nəzərdə tutulur.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz”İB məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən 26 noyabr 2025-ci il tarixdə, saat
10:00-dan işlər başa çatanadək Təklə, Ləngan, Stansiya Masallı,
Xoşçobanlı və Sığıncaq kəndləri üzrə ümumilikdə 1800 abonentin qaz
təchizatı dayandırılacaq.




Həmçinin Cəlilabad şəhərinin Azərbaycan küçəsində yerləşən
qeyri-yaşayış sahəsinin qazlaşdırılması məqsədilə çəkilmiş yeni qaz
xəttinin mövcud şəbəkəyə birləşdirilməsi planlaşdırılır. Bununla
əlaqədar H. Əliyev prospekti, Azərbaycan küçəsinin bir hissəsi,
Azərtürk, Cavadxan, Şəhriyar, N. Nərimanov, Q. İsmayılov, 8 Mart,
M. F. Axundov, M. Ə. Sabir, Babək, Ş. Qurbanov, H. Məmmədov,
Nizami, 28 May, Təbriz, Xətai, Füzuli, V. Niftullayev, D. Qorqud,
V. Mürsəlov və S. Vurğun küçələr də daxil olmaqla ümumilikdə 3200
abonentin qaz təchizatı həmin gün saat 10:00-dan işlər yekunlaşana
qədər dayandırılacaq.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və
təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş
edirik.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir