
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Konqresə ictimai teleyayım
şirkətlərinin – NPR (National Public Radio) və PBS (Public
Broadcasting Service) – federal maliyyələşdirilməsinin
dayandırılması barədə sorğu göndərib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr
Palatasının spikeri Mayk Conson məlumat verib.
Söhbət ümumilikdə 9,4 milyard dollara yaxın federal büdcə
vəsaitindən gedir.
“Bu gün Nümayəndələr Palatası Ağ evdən Dövlət Departamentinə və
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinə (USAID), eləcə də “NPR” və “PBS”i maliyyələşdirən İctimai Yayım Korporasiyasına ayrılmış 9,4
milyard dollarlıq israfçı xərclərin ləğvi barədə təqdim olunmuş
rəsmi sorğunu qəbul edib”, – deyə o, “Facebook”da yazıb.
Consonun sözlərinə görə, müvafiq qanun layihəsi gələn həftə ABŞ
parlamentinin aşağı palatasının müzakirəsinə təqdim olunacaq.

