“Napoli” – “Qarabağ” oyunu təxirə salınır?

Baş səhifə

UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Napoli” – “Qarabağ” oyununun hava şəraiti ilə bağlı təxirə salına biləcəyi barədə İtaliya mətbuatında məlumatlar yayılıb.

Modern.az xəbər verir ki, oyunun keçiriləcəyi bölgəsində güclü yağış və fırtına təhlükəsinə görə yerli hakimiyyət “narıncı səviyyəli” hava xəbərdarlığı elan edib.

Bu fonda bəzi idman tədbirlərinin ləğv oluna və ya təxirə salına biləcəyi ehtimalları gündəmə gəlib.

İtalyanın “MeteoWeb” portalı bölgədəki qeyri-sabit hava səbəbindən “Napoli–Qarabağ” oyununda da müəyyən riskin mövcud olduğunu yazıb. Nəşr qeyd edir ki, yağış və küləyin şiddətinə görə matçın taleyi son anda qiymətləndirilə bilər.

Lakin “Napoli” klubuna yaxınlığı ilə tanınan “CalcioNapoli24” saytı rəsmi mənbələrə istinadən bildirib ki, hazırda qarşılaşmanın təxirə salınması gündəmdə deyil. Məlumata görə, “Diego Armando Maradona” stadionu planlaşdırıldığı kimi açıq olacaq və matçın keçirilməsi üçün bütün hazırlıqlar davam edir.

Qeyd edək ki, final qərar hava şəraitinin növbəti saatlarda necə dəyişəcəyindən asılı olacaq. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir