Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in
Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Təzəbinə və
Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində,
əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.




Bu mərhələdə Xocalının Təzəbinə kəndinə 16 ailə – 66 nəfər,
Xanyurdu kəndinə isə 11 ailə – 38 nəfər köçürülüb. Doğma yurda
qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına
görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və
zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir