
Bakı. Trend:
Sabah hansısa qəzalı bina uçsa, heç kim məsuliyyəti öz üzərinə
götürməyəcək.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar
iclasında çıxışı zamanı deyib.
Komitə sədri xatırladıb ki, ötən gün Hövsan qəsəbəsində bir
qəzalı binanın balkonunun uçması nəticəsində qadın xəsarət
alıb.
“Mən ötən gün Bakıxanov qəsəbəsində 170-ə yaxın qəzalı binaya
baxış keçirdim. Bütün dövlət orqanlarına müraciət etdim, hamısının
aktları var ki, bina qəzalıdır, hamı özünü sığortalayıb. Sabah
hansısa bina uçsa, məsuliyyəti heç kim üzərinə götürməyəcək.
Halbuki sadə bir mexanizm var: sahibkar bir binanın pulunu
ödəyir, dövlət büdcəsindən bir qəpik pul xərclənmir, beşmərtənə
əvəzinə doqquzmərtəbəli bina tikir, beş mərtəbədə sakinləri bir il
kirayədə saxlayır, dörd mərtəbəni də satır özü pul qazanır. Sadə
mexanizmləri tətbiq etmək əvəzinə vətəndaşın həyatının risk altına
atılmasının məsuliyyətini heç kim daşımır. Çünki hamının aktı var,
özünü sığortalayıb”, – deyə millət vəkili qeyd edib.

