Bu gündən Bakının və Abşeronun bəzi ərazilərində 4 günlük su kəsintisi olacaq

Baş səhifə

Bakı.Trend:

Paytaxtın dörd rayonu və Xırdalan şəhərinin bəzi ərazilərində
suyun verilişndə fasilələr yaranacaq.

Trend xəbər
verir ki, bu barədə ADSEA məlumat yayıb.




Bildirilir ki, əhalinin su təminatının yaxşılaşdırılması ilə
bağlı Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının
artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr
tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının,
Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində
dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti
fasilələr yaranacaq.

Magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay
aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması
istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir