
Bakı. Trend:
Hazırda dövlət qulluqçularının sayı 27,4 min
nəfərdir ki, onların da 30,3 faizini qadınlar
təşkil edir.
Trend xəbər
verir ki, bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı
zamanı deyib.
Millət vəkili bildirib ki, ötən il dövlət qulluqçularının orta
aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz
artaraq 1 971 manata çatıb:
“Bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək
haqqlarında daha yüksək artımlara imkan verib. Bununla yanaşı,
hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta
aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu də dövlət
qulluğuna marağın yüksək olması səbəblərindən biridir”.
Deputat əlavə edib ki, dövlət qulluqçularının
7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin
ali – 3-cü təsnifatlarda çalışır:
“92.6 faizi digər təsnifatlarda o cümlədən,
46,6 faizi 7-ci təsnifatı,
22,2 faizi isə dövlət qulluğunun yardımçı
vəzifələri üzrə işləyirlər. Bu isə o deməkdir ki, dövlət
qulluqçuların böyük əksəriyyəti üçün işə qəbul ilə bağlı tələblər
tətbiq olunur. Bununla yanaşı, hazırda dövlət qulluqçularının
69.5 faizi 5 ildən çox
çalışanlardır.
Dövlət qulluqçularının 6,4 faizi
1 ilədək, 24,1 faizi
1 ildən 5 ilədək,
22,9 faizi 5 ildən
10 ilədək, 18,6 faizi
10 ildən 15 ilədək,
28,0 faizi isə 15 il və daha çox
qulluq stajına malikdir”.
V.Bayramov qeyd edib ki, bu sahədə aparılan dərinləşidirilmiş
islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir
göstərib.
“Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı
40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə
qəbulda keyfiyyət meyarları baxımdan vacib hesab olunur”, – deyə o
fikrini yekunlaşdırıb.

