
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Mehdiabad radiomonitorinq stansiyası İdarənin 1, 2 və 3 saylı Bakı məntəqələrində istifadə edilən radiomonitorinq stansiyalarının birləşdirilməsi yolu ilə (işçi heyəti qalmaqla) yenidən təşkil edilib.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq DRİ-dən bildirilib.
Qeyd edilib ki, radioefirə fasiləsiz nəzarətin təmin edilməsi məqsədilə DRİ-nin 1, 2 və 3 saylı Bakı məntəqələrində fəaliyyət göstərən işçi heyətinin və radiomonitorinq avadanlıqlarının hesabına Mehdiabad radiomonitorinq stansiyasında 7/24 iş rejimi (növbəli) təşkil olunub və hazırda qeyd olunan məntəqələrdə istifadə olunan radiomonitorinq stansiyaları üzərindən də radioefirə fasiləsiz olaraq nəzarət işləri aparılır.

