Xırdalanda evdə yanğın olub – YENİLƏNİB

Baş səhifə

Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

***

13.04

Xırdalanda ev yanır.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir