
Bakı. Trend:
Kəlbəcərdə şəhər günü çərçivəsində “Kəlbəcər Obyektivdən Tarixə”
adlı fotosərgi təşkil edilib.
Trend -in
Qarabağ bürosunun xəbərinə görə, fotosərgidə snümayiş olunan
şəkillərdə, əsasən işğal dönəmi və işğaldan sonrakı inkişafı əks
etdirən kadrlar öz əksini tapıb.
Qeyd edək ki, bu gün Kəlbəcərdə şəhər günü ilə əlaqədar olaraq
tamaşa nümayiş olunacaq, konsert proqramı və günün sonunda isə
atəşfəşanlıq nəzərdə tutulur.

