
Azərbaycan və Pakistan arasında qarşılıqlı investisiya axınlarının artırılması barədə fikir mübadiləsi aparılıb.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” sosial şəbəkə hesabında paylaşıb edib.
“Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən məmnun olduq. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq”, – deyə nazir bildirib.

