BP AÇG-də hasilatın stabilləşdirilmasi sahəsində aparılan işləri açıqlayıb

Baş səhifə

Son 5–7 ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarında hasilat kəskin azalma mərhələsinə keçib.

APA-Economics” xəbər verir ki, bunu SPE Xəzər Texniki Konfransında çıxışı zamanı BP-nin “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku üzrə Ərazi İnkişafı Meneceri Əfqan Hüseynov bildirib.

“Ona görə də vəziyyəti dəyişməyə kömək edən bir neçə investisiya istiqamətini vurğulamaq istəyirəm. Əsas istiqamətlərdən biri Xəzərdə genişmiqyaslı seysmik proqramdır. İnvestisiya baxımından — konkret rəqəmlərdən danışmayaq — ehtimal ki, bu, sənayedə öz növü üzrə ən böyük layihədir. İki il əvvəl bu proqramı başlamaq barədə qərar verdik. Bu, beşillik bir layihədir və məqsədi layların quruluşunu daha yaxşı anlamaq, statik və dinamik modelləşdirməni təkmilləşdirməkdir. Xüsusən də gələcəkdə əsas rol oynayacaq ikinci kollektorlar üzrə. Yataqda hələ də böyük potensial mövcuddur — hasil oluna bilən ehtiyatların təxminən yarısını çıxarmışıq və qarşıda hələ çox iş var”, – Əfqan Hüseynov qeyd edib

Onun sözlərinə görə, son üç ildə AÇG-də 20-dən çox yeni injektor quyu qazılıb.

“Bu addım bizə təzyiqi bərpa etməyə, balansı düzəltməyə və hasilat quyularının sabitliyini təmin etməyə kömək etdi”, – BP nümayəndəsi qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir