
Bakı. Trend:
19–20 noyabr 2025-ci il tarixlərində Bakı Marriott Hotel
Boulevard-da keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda Yelo Bank
rəsmi tərəfdaş qismində iştirak edib. Forumun builki mövzusu
“Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” olub.
Tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri
bank sektorunda innovativ həllər, fintex, rəqəmsallaşma və ödəniş
ekosistemindəki yenilikləri müzakirə ediblər.
Yelo Bank ölkəmizdə keçirilən bu nüfuzlu maliyyə və bankçılıq
tədbirinə verdiyi tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar
Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, forum Mastercard tərəfdaşlığı ilə, Azərbaycan
Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Bank xidmətlərinə dair (məs: tecili
pul krediti) əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

