DHA və Trend-in birgə platformasına inteqrasiya olunmuş süni intellekt D-8 və TDT ölkələrinin bir çox KİV-ni birləşdirməyə imkan yaradacaq

Baş səhifə

Bakı. Trend:

Yeganə Azərbaycan-Türkiyə mediaplatforması olan “DHApress.com”
genişmiqyaslı rəqəmsal transformasiya həyata keçirərək xəbərlərin
hazırlanması prosesində süni intellekt texnologiyalarının tətbiqinə
başlayıb. Bu, D-8 və Türk Dövlətləri Təşkilatı ölkələrindən bir çox
KİV-in bu layihəyə qoşulmasına imkan yaradacaq.

Bu transformasiya jurnalistlərə redaksiya resurslarını
optimallaşdırmağa, məlumatları daha operativ toplamağa, iri həcmdə
məlumat massivlərini təhlil etməyə, xəbər lentini formalaşdırmağa,
eləcə də materialları daha yüksək dəqiqlik və dərinliklə
hazırlamağa imkan verəcək. Süni intellekt xəbər materiallarını
müstəqil idarə edəcək, tənzimləyəcək, çoxsaylı dillərə tərcümə
edəcək və portalda günün xəbər mənzərəsinin formalaşmasında iştirak
edəcək.




Yeni alətlər redaksiyanın iş sürətini artırır, rutin prosesləri
minimuma endirir və diqqəti ən vacib olan məsələyə– keyfiyyətli və
yoxlanılmış məzmunun yaradılmasına yönəltməyə imkan verir.

Modernləşmə nəticəsində platforma D-8 və TDT ölkələrinin aparıcı
media qurumlarının qoşulmasına hazır olur, bu isə vahid media
məkanının formalaşdırılması və operativ informasiya məzmununun
beynəlxalq səviyyədə mübadiləsi üçün yeni imkanlar açır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir