
Bakı. Trend:
Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Trend PFL-ə istinadən xəbər
verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul
edilib:
Misli Premyer Liqası XII tur
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının 5
futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700
manat cərimə edilsin (maddə 43.1);
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar şəxs daxil
olduğuna görə “Karvan-Yevlax” komandası 2500 manat cərimə edilsin
(maddə 86.3);
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Karvan-Yevlax” – “Kəpəz” oyununda meydançaya kənar əşyalar
atıldığına görə “Karvan-Yevlax” komandası 2000 manat cərimə edilsin
(maddə 86.3);
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının
azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə
təhqiramiz ifadələrin səsləndirildiyinə görə “Karvan-Yevlax”
komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Karvan-Yevlax” – “Kəpəz” oyunundan sonra “Karvan-Yevlax”
komandasının 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun
bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını
şübhə altına qoyan açıqlama verdiyinə görə 1 oyun oyuna
buraxılmasın (maddə 99, 94, 88)
21.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində “Sumqayıt”
komandasının 72 nömrəli futbolçusu Rayan Senhadji ikinci sarıdan
qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sumqayıt”
komandası 500 manat cərimə edilsin (maddə 17.5,17.7);
22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya
kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 2500 manat
cərimə edilsin (maddə 86.3);
22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasında
4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat
cərimə edilsin (maddə 43.1);
22.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının
azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə
təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası
5000 manat cərimə edilsin (maddə 86.3);
23.11.2025-ci il tarixində Misli Premyer Liqasında XII turun
“Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş,
stadiona gətirilməsi qadağan olunmamış əşyalar stadiona
buraxılmadığına görə “Sabah” komandasına xəbərdarlıq edilsin (maddə
20);

