bp AÇG yatağında hasilatın artırılması üzrə planlarını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə əsas prioritetlərimizdən
biri həm qısamüddətli, həm də uzunmüddətli planları nəzərə alaraq
hasilatı artırmaqdır.

Bunu Trend
açıqlamasında bp şirkətinin AÇG sahəsinin işlənməsi üzrə meneceri
Əfqan Hüseynov bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki
Konfransı çərçivəsində deyib.

O bildirib ki, bp-nin AÇG üçün xüsusi planları var: “Bunlardan
ən əsası texnologiyaların tətbiqidir. Yeni texnologiyaları nəzərə
alsaq, artıq horizontal quyuların qazılmasına başlanılıb. Bu
quyular yatağın bəzi yerlərində 1 km-dən dərin olacaq. Ümumiyətlə,
hədəfimiz yerdə qalan platformalarda yeni quyu imkanlarını
artırmaqdır. Yəni əsas məqsədimiz AÇG yatağında yerdə qalan neftin
hasilatını təşkil etməkdir”.

Ə. Hüseynov vurğulayıb ki, gələcəkdə AÇG yatağının bir neçə
milyard barel hasilat potensialı var: “Beynəlxaq şirkət olaraq
ölkədə bu hasilat potensialını reallaşdırmağa çalışırıq. Bu
hasilatın yerinə yetirilməsində isə yeni texnologiyaların tətbiqi
zəruri olacaq. bp olaraq yeni texnologiyalardan istifadəni öhdəlik
götürmüşük. “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının maksimum hasilat
potensialının yerinə yetirilməsində əlimizdən gələni edəcəyik”.




bp rəsmisi qeyd edib ki, gələcək illərdə AÇG yatağında hasilatın
ümumi azalma tempini 3-5% səviyyəsində saxlamağa hədəfləyiblər: “Bu
çox böyük nailiyyət olar. Ümumilikdə, AÇG yatağında 160 işlək
quyumuz var. Onların hasilatını suvurma, qazvurma üsulu ilə
artırmağa çalışırıq. Bundan başqa, qabaqcıl texnologiyaların
tətbiqi ilə yeni quyuların qazılmasına çalışırıq”.

“AÇG yatağı ilə bağlı müəyyən çətinliklər mövcuddur. Yataq 30
ildir hasilatdadır. Düşünürük ki, yeni texnologiyaların tətbiqi ilə
yatağın hasilatını artıra bilərik. Bundan sonra hələ yatağın ən azı
onilliklərlə potensialı var.

bp şirkətinin AÇG yatağı ilə bağlı növbəti 5 ildə yeni
texnologiyaların tətbiqi üzrə pilot layihərlə bağlı böyük planları
var. Yaxın 5 ildə yataqda yeni texnologiyaların tətbiqində
maraqlıyıq.

Ümumilikdə, bp olaraq əsas prioritetimiz AÇG yatağından maksimum
hasilatın əldə edilməsi, yaxın illərdə yatağda hasilat tempinin
aşağı düşməsini nəzarətdə saxlamaqdır”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir