Ordubadda qəyyumluqda olan uşaqların sayı – RƏSMİ

Baş səhifə

Ordubad rayonu üzrə ümumilikdə 7 nəfər hər iki valideyni vəfat edən uşaq yaşayır.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ordubad Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, onlardan 3-ü qız, 4-ü isə oğlandır.

Qeyd edilib ki, sözügedən uşaqların hamısı baba və ya nənələri tərəfindən qəyyumluğa götürülüb.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, valideynlərin övladlıqdan imtinası səbəbilə qəyyumluğa verilmə halına rast gəlinmir.

Əlavə olaraq bildirilib ki, rayonda hazırda 115 sadəcə bir valideynini itirmiş, 72 nəfər isə sağlamlıq imkanları məhdud olan uşaq kimi qeydiyyata alınıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir