Azərbaycan və Vatikanın qlobal sülh təşəbbüslərinin təşviqi sahəsində fəal əməkdaşlığı müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BAyramov
Vatikan şəhərinə rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın
Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi,
arxiyepiskop Pol Riçard Qallaqerlə görüşüb.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, tərəflər inkişaf edən Azərbaycan–Vatikan
münasibətlərini nəzərdən keçirib, qarşılıqlı hörmətə əsaslanan
konstruktiv dialoqu, konfessiyalararası anlaşmanın və qlobal sülh
təşəbbüslərinin təşviqi sahəsində fəal əməkdaşlığı məmnunluqla qeyd
ediblər.

Siyasi dialoqun daha da möhkəmləndirilməsi, mədəni və humanitar
əlaqələrin genişləndirilməsi, həmçinin birgə beynəlxalq layihələrin
irəlilədilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam
etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Heydər Əliyev Fondu tərəfindən dəstəklənən və Vatikan ərazisində
həyata keçirilən uğurlu qoruma və bərpa layihələri müzakirə edilib
və bu təşəbbüslərin dünya dini və mədəni irsinin qorunmasına mühüm
töhfə olduğu qeyd olunub.

Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə
dini abidələrin qorunması və multikulturalizmin təşviqinə dair
uzunmüddətli öhdəliyi də diqqətə çatdırılıb.

Həmçinin Azərbaycan–Ermənistan normallaşma prosesi, tarixi
Vaşinqton Sammiti razılaşmalarının icrası və Azərbaycanın azad
edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri də
müzakirələrin əsas mövzuları arasında olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir