Ukraynanın dron hücumu Qazaxıstan neftinin ixracını dayandırıb

Baş səhifə

Bu gün Ukrayna pilotsuz uçuş aparatlarının Novorossiyskdə yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) Dəniz Terminalına hücumu səbəbindən Qazaxıstan neftinin yükləmə əməliyyatları dayandırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Novorossiyskə hücum edən Ukrayna dronlarından biri Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) Dəniz Terminalının inzibati binasını vurub, terminal işçiləri təcili şəkildə təxliyə edilib və təhlükəsizlik məqsədilə neft yükləmə əməliyyatları dayandırılıb.

Qeyd olunur ki, bundan əvvəl terminalın şəhər ofisi və “Kropotkinskaya” adlı əsas nasos stansiyası da hücumlara məruz qalmışdı. Bu dron hücumu ilə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyi Ukraynaya öz narahatlığını bildirmişdi.

Məlumat üçün bildirək ki, KTK neft kəməri ilə Qazaxıstandan ixrac olunan neftin 80%-ə qədəri nəql olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir