Kiberpolisdən əməliyyat: daha iki qanunsuz onlayn qumar dəstəsi zərərsizləşdirilib

Baş səhifə

Bakı.Trend:

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş
İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar
və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki
tədbirlər davam etdirilir.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, kiberpolisin keçirdiyi növbəti əməliyyatlar
zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət
Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov
və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov,
Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif
xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc
oyunlarının keçirildiyi “fastloto.com” və “chcplay.net” internet
saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin
səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link
və kodlar alaraq virtual kassa qurublar.




Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə
vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə
açdıqları “Batumi Kazino”, “Priz Kazino” və s. səhifələr vasitəsi
ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.

Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər
ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı
elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün
əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən
götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər
qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi
müəyyən olunub.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq
maddələri ilə cinayət işləri başlanılıb.
S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs
qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri
qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırırıq.
Bildiririk ki, əks halda kiberdələduzluq halları ilə üzləşə, bank
hesablarınızda olan pul vəsaitlərinizi itirə və bu qanunsuz
oyunlarda iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir