Bənövşəyi xətdə interval 5 dəqiqəyə endirildi

Baş səhifə

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə Bənövşəyi xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.

Metbuat.az xəbər verir ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb. Nəticədə “Avtovağzal–Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal–8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.

Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir