KİV: Avropa İttifaqı ölkələri ABŞ-ın sülh planına alternativ təkliflərindən imtina edib

Baş səhifə

Avropa İttifaqı ölkələri ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü planın müzakirələri fonunda öz “qarşı təklifləri”ndən imtina etmək qərarına gəliblər.

APA xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Qəzetin yazdığına görə, Avropa liderləri Trampın sülh planından narazı qalsalar da, ABŞ-la gərginliyin qarşısını almaq üçün onu gələcək saziş üçün bir baza kimi qəbul ediblər.

Bildirilir ki, Avropa liderləri Trampa qarşı ən effektiv yanaşmanın “onunla danışan son tərəf olmaq” olduğu qənaətinə gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir