
Kəlbəcər. Trend:
Zar kəndində işlər sürətlə davam edir. Növbəti ilə ehtimal ola
bilər ki, əhalinin köçürülməsi nəzərdə tutulsun.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bunu bu gün Kəlbəcər rayonunda
Bərpa Tikinti İdarəetmə Xidmətinin mətbuat xidmətinin müdiri Nuranə
Babayeva media nümayəndələrinə bildirib.
Onun sözlərinə görə, artıq bir neçə aydır ki, Kəlbəcər
sakinləri, o cümlədən Kəlbəcər şəhər sakinləri öz dədə-baba
yurdlarına qayıdıblar və birinci yaşayış məhəlləsinin birinci
mərhələsində yerləşdiriliblər.
“Davam edən layihələrimizdən biri birinci yaşayış məhəlləsinin
ikinci mərhələsidir. Eyni zamanda, layihələndirmə işləri davam edən
ikinci, üçüncü və dördüncü yaşayış məhəlləmiz, Kəlbəcər şəhər
inzibati binası və 11 hektara yaxın sahəsi olan Kəlbəcər şəhər
parkının inşasını da əhatə edir.
Kəndlərimizdə də layihələndirmə işləri davam edir. Xüsusilə Zar
kəndində işlər sürətlə aparılır və ehtimal olunur ki, növbəti ildə
əhalinin köçürülməsi həyata keçiriləcək. Növbəti ildə təhvil
verilməsi nəzərdə tutulan digər layihələr arasında Kəlbəcər
ərazisində yerləşən və səbirsizliklə gözlənilən İstisu sanatoriyası
da var. Həmçinin müasir təhsil kompleksinin işlərinin tamamlanması
gözlənilir”, – qurum rəsmisi əlavə edib.

