Kəlbəcərdə təhsil kompleksi tikilir

Baş səhifə

Kəlbəcərdə tikintisi davam etdirilən təhsil kompleksinin gələn il təhvil verilməsi gözlənilir.

Modern.az xəbər verir ki, bunu Kəlbəcərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev Şəhər Günü münasibətilə təşkil olunan konsert proqramı öncəsi çıxışında  deyib.

Onun sözlərinə görə, şəhər parkı, İşğal və Zəfər muzeyləri kompleksinin, habelə İstisu qəsəbəsinin layihələndirmə işləri aparılır.

“Bölgənin sağlamlıq və turizm potensialının artırılmasında mühüm əhəmiyyət daşıyan İstisu Müalicə İstirahət Kompleksinin də 2026-cı ildə təhvil verilməsi gözlənilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir