
Bakı.Trend:
Hərbi əməkdaşlıq çərçivəsində noyabrın 25-də Bakı şəhərində
Azərbaycan və Belarus Müdafiə nazirliklərinin hərbi mütəxəssisləri
arasında görüş keçirilib.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq
İdarəsində təşkil edilən görüşdə hərbi sahədə təcrübə mübadiləsi, o
cümlədən birgə təlimlərin təşkili, qarşılıqlı fəaliyyətin
təkmilləşdirilməsi və əməkdaşlıq planının genişləndirilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər konstruktiv və işgüzar şəraitdə keçən görüş zamanı
maraq doğuran bir sıra digər məsələləri də müzakirə ediblər.

