
Bakı.Trend:
Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri və
Göyçay rayonundan olan vətəndaşları qəbul edib.
Trend xəbər
verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz
təchizatı, qaz sərfiyyatı üzrə borcun yaranması, elektrik və
istilik enerjisi təchizatı, elektrik və qaz sayğaclarının
quraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlər
dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə
uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar
verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş
müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər
vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi
internet saytında yerləşdirilib.

