Yanvar-oktyabr aylarında Türkiyə ərazisindən BTC ilə nəql olunan neftin həcmi açıqlandı

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisi üzrə
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə 172,788 milyon
barel neft nəql edilib.

Bu barədə Trend
Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu göstərici 183,945
milyon barel olub. Beləliklə, nəql olunan həcm 6%-dan çox
azalıb.




2025-ci ilin oktyabr ayında BTC vasitəsilə Türkiyə ərazisindən
16,601 milyon barel neft nəql olunub ki, bu da 2024-cü ilin oktyabr
ayı ilə müqayisədə 12,7% azdır (19,020 milyon barel).

Xatırladaq ki, 2024-cü ilin yekunlarına əsasən, Türkiyə ərazisi
üzrə Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə 224,14 milyon barel neft
nəql edilib.

BTC Co.-nun səhmdarları bunlardır: bp (30,10%), SOCAR (32,97%),
MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%),
ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX
(2,50%).

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir