Mikayıl Cabbarov Pakistanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri
çərçivəsində keçirilmiş görüşlərdə iqtisadi sahədə işbirliyinin
gücləndirilməsinə dair müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu
barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik
etdiyi Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasına
səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib,
tərəfdaşlığa dair müzakirələr aparılıb.




Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd
İshaq Dar ilə görüşdə iqtisadi əlaqələrin gücləndirilməsində
investisiya tərəfdaşlığının önəmi vurğulanıb. Həmçinin ikitərəfli
iqtisadi əməkdaşlığın inkişaf perspektivləri qeyd olunub. Ticarət,
enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə
fəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib.

Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının
milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə
enerji, sərmayələr və digər istiqamətlər üzrə münasibətlərin
gücləndirilməsi imkanları qeyd olunub. Neft-qaz sektoruna
sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınının
artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında
işgüzar münasibətlərin fəal dəstəklənməsi haqqında fikir mübadiləsi
aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir