
Xəbər verdiyimiz kimi, “Neftçi” baş məşqçi Samir Abasovu istefaya göndərib. Bəs ondan sonra “Neftçi”nin baş məşqçi postuna kim təyin oluna bilər?
Futbol eksperti Ceyhun Rzayev Metbuat.az-a açıqlamasında bildirib ki, “Neftçi”nin baş məşqçi postuna türkiyəli mütəxəssislərin adı çəkilir və bu da təsadüfi deyil:
“Klubun rəhbər şəxslərindən biri, direktor Cenk Sümer Türkiyədən olduğu üçün həmin istiqamətdə əlaqələri də genişdir. Sonradan Ukrayna mütəxəssisi Yuriy Vernidubun adı da gündəmə gəlib. Hazırda isə komandanı qarşıdakı oyuna Sənan Qurbanov çıxaracaq. Bu dəqiqə konkret ad çəkmək mümkün olmasa da, məncə, yeni baş məşqçi azərbaycanlı olmayacaq, yəni “Neftçi”nin yeni çalışdırıcısı əcnəbi olacaq”.
Sevinc İbrahimzadə / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

