
İsveç Rusiyanı çəkindirmək üçün 2000 km-ə qədər məsafəni vura bilən uzunmənzilli raketlərə ehtiyac duyur.
APA xəbər verir ki, bu barədə “Reuters” İsveç müdafiə naziri Пал Йонсонa istinadən məlumat verib.
Onun sözlərinə görə, Rusiya uzunmənzilli qanadlı və ballistik raketlər, həmçinin böyük radiuslu PUA-lar üzrə imkanlarını sürətlə artırır.
Agentliyin məlumatına görə, İsveç Hərbi Hava Qüvvələri artıq öz Gripen qırıcıları üçün təxminən 500 km uçuş məsafəsinə malik isveç-alman istehsalı olan “Taurus” qanadlı raketlərini sifariş edib.
Nazir qeyd edib ki, İsveç ordusu düşmənin dərin arxa cəbhəsindəki hərbi obyektləri və kritik infrastrukturuna zərbə vurmaq qabiliyyətinə sahib olmalıdır. O həmçinin ölkənin hava hücumundan müdafiə sistemlərinin, PUA-larının və kəşfiyyat peyklərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

