Terroru maliyyələşdirməkdə təqsirləndirilən üç şəxsə hökm oxunub

Baş səhifə

Bakı. Trend:

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar
Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi
Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi
keçirilib.

Trend-in məlumatına görə,
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi
ilə keçirilən prosesdə hökm oxunub.




Hökmə əsasən, Xəqani Ömərov 10 il 6 ay, Anar Salamzadə 11 il,
Elçin Əzizov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat
nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki,
təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici
ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri
köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin
214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham
irəli sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir