Əcnəbi solistlər xalq mahnılarımızı ifa ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Bad Pyrmont şəhərində Azərbaycanın 44 günlük Vətən
müharibəsində qazandığı şanlı Zəfərin beşilliyi münasibətilə
konsert təşkil olunub.

Trend xəbər
verir ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə
Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək
Fondunun və Almaniya Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş
tutub.

Bəstəkar Xədicə Zeynalova çıxış edərək ölkəmizin mədəni irsi,
musiqi ənənələri və xalqımızın şanlı Zəfəri haqqında geniş məlumat
verib.




Konsert proqramında Xədicə Zeynalovanın yaratdığı və müxtəlif
ölkələrdən musiqiçi və solistlərdən ibarət beynəlmiləl tərkibli
“Bridge of Sound” ansamblının üzvləri — Alexey Moos (skripka və
konsertmeyster), Vsevolod Khuotarinen (akkordeon ifaçısı), Maciej
Włodarski (violonçel), Xədicə Zeynalova (orqan ifaçısı), eləcə də
vokal solistlər soprano İrina Trutneva, mezzo-soprano Marina
Paşinskaya və tenor Peng Tian çıxış ediblər. Xarici solistlərin
ifasında “Ay Laçın”, “Qaladan qalaya”, “Ay Dilbər” və digər xalq
mahnılarımızın bəstəkarın yeni aranjemanında səsləndirilməsi
sürəkli alqışlara səbəb olub. Xədicə Zeynalovanın yeni monumental
“Ave Maria” əsərinin ifası böyük maraqla qarşılanıb.

Konsertin sonunda izləyicilər Azərbaycan xalq mahnılarının
Almaniyanın digər şəhərlərində də ifa olunması və musiqimizi daha
yaxından tanımaq istəklərini dilə gətiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir