​Bu məktəbdə 1 müəllim, 1 şagird var

Baş səhifə

Türkiyədə hamı onlardan danışir. İki uşaq atası olan Raşit müəllim şagirdi İshak Gidicini öz övladlarından ayırmır.

Metbuat.az xəbər verir ki, Raşit Tarhan sinif müəllimidir. O, Batman vilayətinin Kanatlı kəndində fəaliyyət göstərən məktəbdə çalışır. Raşit Tarhan Kanatlı kənd məktəbinin həm müəllimi, həm də direktorudur. Məktəbin yeganə şagirdi isə 10 yaşlı İshak Gidicidir. İshak 4-cü sinifdə oxuyur. Yerli KİV yazır ki, Raşit müəllim hər gün şagirdindən əvvəl məktəbə gəlir. O, əvvəl sobanı qalayır, sonra isə sinif otağını təmizləyir. Fədakar müəllim tənəffüs zamanı şagirdi ilə əyləncəli oyunlar oynamağa ərinmir.

Kanatlı kəndində daha bir məktəbli var. O, 9 yaşlı Ensar Kaplandır.
Ensarın səhhətində problem olduğu üçün məktəbə gələ bilmir. Raşit Tarhan azyaşlı şagirdinin təhsili ilə onun yaşadığı evdə məşğul olur. İki uşaq atası olan Raşit Tarhan həyatından məmnundur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir