
Bakı. Trend:
Ukrayna və Rusiya sülh razılaşmasına yaxındırlar.
Trend xəbər verir ki, bunu
ABŞ Prezidenti Donald Tramp Şükranlıq günü ərəfəsində Ağ Evdə
təşkil olunan tədbirdə çıxışı zamanı söyləyib.
“Bu, əlbəttə ki, çətin prosesdir. Amma düşünürəm ki, bunu
bacaracağıq və razılaşmaya yaxınlaşmışıq. Əslində bunun daha tez
mümkün olacağını zənn edirdim”, – Tramp qeyd edib.

