
Qəzzadakı humanitar böhranla bağlı iki film Beynəlxalq Emmy mükafatlarında təltif edilib.
Metbuat.az xəbər verir ki, “Channel 4” televiziyasının “Dispatches: Kill Zone: Inside Gaza” və “Əl-Cəzirə”nin “Qəzza, Search for Life” adlı filmi mükafata layiq görülüb. Məlumata görə, İsrailin Qəzzaya hücumlarından sonra fələstinlilərin həyatını əks etdirən “Basement Film” istehsalı “Dispatches: Kill Zone: Inside Gaza” “Cari hadisələr” kateqoriyasında birinci yeri qazanıb. Qətərdə istehsal olunmuş “Qəzza, Search for Life” sənədli filmi xəbər kateqoriyasında qalib gəlib.
Hər iki film münsiflər heyəti tərəfindən münaqişə zonasında mülki əhalinin üzləşdiyi çətinlikləri güclü təsvir etdiyinə görə təqdir edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

