Böyük Britaniya Ukraynaya yeni HHM raketləri paketi göndərəcək

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer çərşənbə axşamı
“İstəklilər koalisiyası”nın onlayn toplantısında Londondan Kiyevə
əlavə hava hücumundan müdafiə (HHM) raketlərinin yola salınacağını
açıqlayıb.

Trend-in “Guardian” nəşrinə istinadən məlumatına görə, Starmer koalisiya
üzvü olan ölkələrin liderlərini Ukraynada mümkün hərbi kontingentin
yerləşdirilməsi ilə bağlı qəti öhdəliklər qəbul etməyə çağırıb.

“Yaxın günlərdə Böyük Britaniya Ukraynaya daha çox HHM raketi
göndərəcək”, – baş nazir vurğulayıb.




Starmer həmçinin Rusiyadan enerji resurslarının idxalına tam
embarqo tətbiq olunmasını istəyib və bunun Moskva üzərinə təzyiqin
davam etməsinə xidmət edəcəyini, mövcud addımların artıq nəticə
verdiyini qeyd edib.

Onun sözlərinə görə, Ukraynada mümkün atəşkəsə dair danışıqlar
irəliləyiş göstərir. Nəşrin yazdığına görə, “Ukrayna ABŞ-ın
nizamlanma planına bir sıra konstruktiv dəyişikliklər irəli sürüb
və Kiyevin Avropalı müttəfiqləri bu təklifləri dəstəkləyiblər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir