Tramp administrasiyası Bayden dövründə ABŞ-a daxil olan bütün qaçqınların işlərini yenidən araşdıracaq

Baş səhifə

ABŞ Prezidenti Donald Trampın administrasiyası Baydenin prezidentliyi dövründə ölkəyə gəlmiş bütün qaçqınların işlərini yenidən nəzərdən keçirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Bloomberg ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin 21 noyabr tarixli daxili sənədinə istinadən məlumat yayıb.

Sənədə əsasən, qurum əməkdaşlarına bütün müvəqqəti yaşayış icazəsi müraciətlərinin baxılmasını dayandırmaq və 2021-ci il 20 yanvar – 2025-ci il 20 fevral tarixləri arasında ABŞ-a qəbul edilmiş bütün qaçqınlarla yenidən müsahibə aparmaq tapşırılıb.

Bu addımın məqsədi həmin dövrdə ölkəyə gələn bütün şəxslərin “qaçqın statusu üçün tələb olunan meyarlara tam cavab verib-vermədiyini” yoxlamaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir